Messiyə ömürlük müqavilə təklif ediləcək

“Barselona” klubun argentinalı hücumçusu Lionel Messiyə ömürlük müqavilə təklif edəcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu klubun baş direktoru Oskar Qrau deyib. O xatırladıb ki, L. Messi iyunda 4 illik müqavilə imzalayıb: “Lakin klub ona ömürlük saziş təklif edəcək. İstəyirik ki, Messi karyerasının sonunadək komandamızda qalsın, çünki o, ikonadır Onun karyerasını bitirdikdən sonra “Barselona”da qalmağa davam etməsini istəyirik”.

Qeyd edək ki, Kataloniya təmsilçisi daha əvvəl yarımmüdafiəçi Andres İnyesta ilə ömürlük müqavilə imzalayıb. L. Messi 2004-cü ildən “Barselona”da çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top