“Sabah” yazarının “erməni sevgisi” üzə çıxıb

Türkiyənin “Sabah” qəzetində “Qarabağ” haqqında dərc olunan köşə yazısının müəllifi Mevlud Tezel adlı jurnalistin “erməni sevgisi” üzə çıxıb.

“Yeniavaz.com” xəbər verir ki, M. Tezel, “Qarabağ” – “Atletiko” matçında azarkeşlərin A4 kağızıyla hazırladığı “Qarabağ” xareoqrafiyasını “ezik” adlandıraraq təhqir edib. Bu təhqir Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Bu etirazlardan sonra “Sabah” qəzeti yazını saytdan silib.

M. Tezelin Qarabağ nifrətinin arxasında dayanan səbəb, erməni sevgisidir.

Qeyd edək ki, Tezel bir neçə ay əvvəl "Twitter" sosial şəbəkəsindəki hesabı ilə erməniləri çox sevdiyini, onlara həmişə dəstək verəcəyi ilə bağlı status paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top