Keçmiş altı yüksək vəzifəli məmur Çin Kommunist Partiyasının lideri Si Cinpini devirməyi planlaşdırıb. “Yeniavaz.com”un BBC-nin rus xəbərlər xidmətinə istinadən verdiyi məlumata görə, bunu Çinin Qiymətli kağızlar üzərində nəzarət üzrə dövlət komitəsinin sədri Lyu Şiyuy deyib. Onun sözlərinə görə, həmin məmurlar S. Cinpinin işə saldığı irimiqyaslı antikorrupsiya kampaniyası çərçivəsində həbs olunublar. L. Şiyuy həbs olunanlar arasında 2015-ci ildə ömürlük azadlıqdan məhrum edilmiş keçmiş ictimai təhlükəsizlik naziri Çjou Yunkanın, 2013-cü ildə ömürlük həbsə məhkum edilmiş Çuntsin sənaye mərkəzinin partiya təşkilatının sabiq rəhbəri Bo Silayın, eləcə də bu il bütün partiya vəzifələrindən azad edilmiş Siyasi Büronun keçmiş üzvü Sun Çjensayın, 2015-ci ildə həbs edilmiş Lin Szixuanın, həmin il ölən ordu generalı Syuya Sayxounun və ötən il ömürlük azadlıqdan məhrum edilmiş general-polkovnik Qo Bosyunun adını çəkib. L. Şiyuy qeyd edib ki, onlar partiya və dövlət hakimiyyəti üzərində nəzarəti ələ keçirməyi planlaşdırıblar.