Makron: İndi Türkiyə ilə sərt dialoq aparmaq lazımdır

Avropa İttifaqı (Aİ) Türkiyə ilə münasibətləri birdəfəlik pozmağa çalışmır, lakin indiki mərhələdə Ankara ilə sərt və tələbkar dialoq aparmağın zəruriliyini görür. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə Aİ sammitinin yekunları üzrə keçirilən mətbuat konfransında deyib. O bildirib: “Bizim Türkiyə ilə bağlı çox dolğun diskussiyamız baş tutdu. Razılığa gəldik ki, eyni zamanda əlaqələri pozmaqdan qaçınmalı və çox sərt, tələbkar dialoq saxlamalıyıq”. E. Makron əlavə edib ki, Avropa Türkiyənin daxili siyasətində köklü dəyişiklikləri nəzərə almaqla Ankara ilə öz münasibətlərini düzəltmək niyyətindədir: “Avropa Komissiyası Ankara ilə dialoqun düzəldilməsi məsələsi ilə tezliklə məşğul olmalıdır. Bununla belə, aydındır ki, bu münasibətlər çox vacib olaraq qalır, çünki biz ümumi çağırışılarla üzləşmişik – xüsusən bu, miqrasiya axınının idarə edilməsi və terrorçuluqla mübarizə məsələlərinə aiddir”.

DİGƏR XƏBƏRLƏR

Top