XİN: Şimali Koreyanın nüvə potensialı ABŞ-ınkı ilə bərabərləşib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə potensialı demək olar ki, ABŞ-ın nüvə potensialı ilə bərabərləşib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu KXDR-in Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin rəhbəri Çoy Son Hi deyib. Onun sözlərinə görə, Şimali Koreyanın yekun hədəfi ABŞ-la banlansa, tarazlığa nail olmaqdır ki, onlar KXDR-ə qarşı hansısa hərbi əməliyyatlar barədə danışmağa cürət etməsinlər: “Pxenyan üçün nüvə silahına malik olmaq ölüm və qalım məsələsidir”. Dipomat qeyd edib ki, Pxenyan özünün silahlanması üzrə danışıqlar aparmağa hazırlaşmır və ABŞ KXDR-in nüvə statusuna alışmağa məcbur olacaq.

DİGƏR XƏBƏRLƏR

Top