Özil yeni komandasının adını söyləyib

Almaniya yığmasının və “Arsenal” komandasının türk əsilli yarımmüdafiəçisi Məsud Özil “Mançester Yunayted” klubuna keçəcək. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, mövsümün sonunda “Arsenal”la müqavilə müddəti başa çatan və yanvar ayında istədiyi komandayla müqavilə imzalamaq haqqına sahib olan 29 yaşlı oyunçu klub yoldaşlarına bildirib ki, mövsümün sonunda “Mançester Yunayted”ə keçəcək. M. Özil qeyd edib ki, “qırmızı şeytanlılar”ın baş məşqçisi Joze Mourinyo onun kluba keçməsini istəyir. Xatırladaq ki, M. Özil bu mövsüm “Arsenal” forması ilə cəmi 6 matça çıxıb və qol vurmayıb, məhsuldar ötürmə verə bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top