Lavrov: Rusiya nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə qoşulmayacaq

Moskva Nüvə silahının yayılması haqqında müqavilədən (NSYM) başqa, nüvə silahının qadağan edilmsi üzrə digər müqavilələrə qoşulmaq niyyətində deyil.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazirin sözlərinə görə, nüvə silahının qadağan edilməsi haqqında müqavilə sabitliyi pozan xarakter daşıyır. O bildirib: “Təəssüf ki, biz bu gün qeyd etməliyik ki, bir sıra sazişlər üçün hüquqi zəmin formalaşdırmış NSYM-nin yaratdığı rejim hazırda çox mürəkkəb dövrdən keçir, sınaqlara məruz qalır”.

S.Lavrov bunu onunla izah edib ki, ayrı-ayrı ölkələr hamı tərəfindən qəbul edilmiş normaları və qaydaları şübhə altına qoyur, kollektiv səy və güzəştlərin nəticəsindəki uğurları dar maraqları üçün istifadə etməyə çalışır”.

DİGƏR XƏBƏRLƏR

Top