Ən çox məhsul alıb-satdığımız ölkələrin SİYAHISI

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 41,6 milyon dollar (ümumi idxalın 16,8%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və ABŞ-dan məhsul gətirilib. 2017-cı ilin ilk 9 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 895 milyon (ümumi idxalın 14,5%-i) və 611,5 milyon dollarlıq (9,9%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Çin (597,5 milyon dollar), Ukrayna (316,3 milyon dollar), Almaniya (282,1 milyon dollar), İtaliya (230,7 milyon dollar), Böyük Britaniya (174,6 milyon dollar), İran (170,4 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 9 ay ərzində bu ölkəyə 1 milyard 809 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 22,2%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 63,6 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 13%-i). Həmçinin 437 milyon dollar dəyərində məhsul Çinə satılıb. Rusiyaya 392,6 milyon dollar, İsrailə 375,3 milyon dollar Gürcüstana 353,5 milyon dollar, Çexiyaya (348 milyon dollar), Portuqaliyaya isə 345,3 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (333,4 milyon dollar), Kanada (299,1 milyon dollar), Hindistan (272,2 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top