İraq ordusu “Peşmərgə”yə 2 saat vaxt verdi

Kərkükün şimal-qərbində, Kərkük-Ərbil avtomobil yolu üzərində İraq təhlükəsizlik qüvvələri ilə “Peşmərgə” qüvvələri arasında toqquşma baş verib.

“Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, tərəflər Kərkük-Ərbil avtomobil yolu üzərində yerləşən Altınkörpüdə qarşı-qarşıya gəliblər. Toqquşma Altınkörpü qəsəbəsinə nəzarət etmək istəyən İraq ordusu və federal polislə Kürdüstan Demokratik Partiyasına tabe olan “Peşmərgə” qüvvələri arasında qeydə alınıb. Toqquşmada ölən və yaralananlar barədə məlumat verilmir. İHA-nın xəbərinə görə, İraq ordusu Altınkörpü üzərində nəzarəti ələ keçirərək “Peşmərgə”nin bölgəyi tərk etməsi üçün iki saat vaxt verib.

DİGƏR XƏBƏRLƏR

Top