Bu il ölkəyə 5783 ədəd minik avtomobili gətirilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 6 min 643 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 737 ədəd və yaxud 69,8% çoxdur. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 77 ədəd və yaxud 2,3 dəfə artaraq 138-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 1394 ədəd və yaxud 41,1% artaraq 5 min 783-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 291 ədəd yaxud 76,8% artaraq 670-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 25 ədəd yaxud 32,4% azalaraq 52-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top