Goranboyda "kefli" toyuq FOTOLAR

Toyuq elə yerdə yumurtlayıb ki, sahibi görüb inanmayıb. Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov səhər saatlarında hündürlüyü 5 metrdən artıq olan talvarda toyuq yumurtası görüb. Ev sahibi əvvəlcə onun göyərçin və digər çöl quşlarına aid olduğunu zənn etsə də, böyük olması diqqətdən yayınmayıb.

Rayon sakini Vasif Məmmədov deyir ki, qohum-əqrabanı çağırıb maraqlı hadisə ilə tanış etdikdən sonra onun həqiqətən ev quşunun yumurtası olduğuna əmin olub. Rayon sakini hündürlükldən tapdığı yumurtanın yararlığını öyrənmək üçün onu sındırıb. Nəticə ürəkaçan olub. Ev sahibi onu da bildirir ki, görənlərin marağına səbəb olan hadisə ilə ilk dəfə qarşılaşır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top