Telman İsmayılovun oğlunun avtomobili borca görə Türkiyədə müsadirə edildi FOTO

Antalyada Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara inşa edilən və 2010-cü ildə dünyanın ən lüks oteli seçilən “Mardan Palace” otelinin suyu təxminən 2 milyon türk lirəsi məbləğində borcu olduğuna görə 15 gün əvvəl kəsilib.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, rezervasiya qəbulu və nömrələrinin satışı dayandırılan otel bu dəfə başqa borc səbəbilə gündəmə gəlib. Belə ki, bir müddət əvvəl “ANS Tur” alacağı borc səbəbilə “Mardan Palace” otelini İcra idarəsinə (Ədliyyə qurumu) şikayət edib. Şirkətin vəkilləri otelin 465 min türk lirəsi borcu olduğunu deyiblər.

Şikayət qarşılığında İcra idarəsi T.İsmayılovun oğlu Sərxana məxsus təxminən 2 milyon türk lirəsi dəyərində olan 2008-ci il model “Rolls-Royce Ghost” markalı avtomobili müsadirə edib. Otelə borcun ödənilməsi üçün 15 gün vaxt verilsə də, borc qaytarılmayıb. Bu səbəblə Sərxanın avtomobili İcra idarəsi tərəfindən satışa çıxarılıb.

Qeyd edək ki, “Mardan Palace” otelinin sahəsi 180 min kvadratmetrdir, onun inşası üçün 10 min kvadratmetr qızıl, 500 min kristaldan istifadə edilib.

DİGƏR XƏBƏRLƏR

Top