Əhmədinejada 3,5 milyard dollar məbləğində REKORD CƏZA

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad 9-cu və 10-cu hökumətə başçılıq etdiyi dövrdə neft məhsullarının idxalında korrupsiyaya yol verib.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Dövlət Təftiş Qurumunun məlumatında deyilir.

Qurumdan bildiriblər ki, M. Əhmədinejad 2009-cu ildə neft gəlilərində yol verdiyi pozuntular səbəbindən təxminən 3,5 milyard dollar zərər vurub. İndi keçmiş dövlət başçısından həmin zərəri kompensasiya etmək tələb olunur.

İran parlamentinin Planlaşdırma və büdcə komitəsinin sədri Qulamrza Tacgərdun bildirib ki, İran Milli Neft Şirkəti M. Əhmədinejadın əmri ilə qanuna zidd olaraq neft məhsulları idxal edib və şirkətin əldə etdiyi gəlirlərdən xəzinəyə pul köçürüb.

Bu ittihamlarla üzləşən keçmiş Prezident 3,5 milyard dolları geri qaytarmağa məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top