İspaniya Kataloniyanı muxtariyyət statusundan məhrum edəcək

İspaniya Nazirlər Şurası ölkə Konstitusiyasının Kataloniyanın özünüidarəetməsini məhdudlaşdıran 155-ci maddəsinin tətbiqinə başlamaq üçün şənbə günü təcili iclas keçirməyə hazırlaşır.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İspaniya hökumətinin bəyanatında deyilir. Hökumət məsələni baxılması üçün Senata göndərmək niyyətindədir.

Qeyd edilir ki, bu, ispaniyalıların, o cümlədən Kataloniya sakinlərinin maraqlarını müdafiə etmək və muxtar birlikdə konstitusiya asayişini bərpa etmək üçün ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top