Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib.
Bu barədə o, özünün feysbuk səhifəsində yazıb. E.Qədirli bildirib ki, təşkilatda qalsa da, rəhbərlikdə təmsil olunmayacaq:
“Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir - məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram - dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.