Belarus şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini 2 dəfədən çox artırıb

Belarusun "Bellesbumrom" şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini bu ilin yanvar-avqust aylarında 2,3 dəfə artırıb. Şirkət bu ilin 8 ayında ölkəyə 9,44 mln. dollar (ötən ilin analoji dövrünə görə 2,3 dəfə çox) həcmində məhsul göndərib.

İxrac mallarının 54%-ni taxta-şalban və faner, ağac-yonqar və ağac-lif qarışıqlı plitələr təşkil edib. Bundan başqa, şirkət Azərbaycana divar kağızı, mebel, taxta məmulatlar da tədarük edib. report

DİGƏR XƏBƏRLƏR

Top