ABŞ prokuroru: "Ərdoğan mənim vəzifədən çıxarılmağımla Sərraf işinin boşa çıxacağını düşündü"

ABŞ-da Rza Sərrafa qarşı təhqiqat başladan keçmiş baş prokuror Prit Bharara vəzifəsindən azad edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüslər göstərdiyi iddialarını təsdiqləyib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, P. Bharara bildirib ki, R. Sərrafın işinə Nyu-Yorkdakı keçmiş ofisi baxır. O bildirib: “Prezident Ərdoğanın 2016-cı ilin iyul ayında ABŞ-ın vitse-prezidenti Con Baydenlə görüşdə mənim vəzifədən azad edilməmi istəməsi doğrudur. Həmin görüşdə iştirak edən bəzi şəxsləri tanıyıram. Rza Sərrafla müəyyən hallarda müttəfiq olan Prezident Ərdoğan mənim vəzifəmdən çıxarılmam üçün təkid etdi, bununla da Rza Sərrafın işinin boşa çıxacağını düşündü. Bu, qəlbə çox toxunan bir şeydir”. P. Bharara əlavə edib ki, Türkiyə Prezidentinin ABŞ-ın vitse-prezidenti yanında federal baş prokurorun qovulmasını istəməsi çox sərt yoldur: “ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Maykl Flinin də türk hökuməti ilə əlaqələrini bilirik. Heç kəsi günahlandırmıram, ancaq vəziyyət türk hökumətinin sadalanan mövzularla bağlı tələbləri ilə əlaqədar həqiqətən də daha çox sual verilməsinin vacibliyini göstərir”.

DİGƏR XƏBƏRLƏR

Top