Paytaxtın iki rayonu susuz qaldı

Bakı şəhərində 500 mm-lik magistral su kəmərində qəza baş verib. Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. O qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının su ilə təchizatında fasilə yaranıb. Problemin yaxın saatlarda aradan qaldırılacağı bildirilir. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top