Rusiya Türkiyədən 50 min ton pomidor idxal etməyə razılaşıb​

Rusiya Türkiyənin 4 müəssisəsindən təqribən 50 min ton pomidorun tədarük edilməsinə icazə verməyə hazırdır. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib. O bildirib ki, Rusiya yaxın 4-5 ay ərzində, dekabrdan aprelədək təxminən 50 min ton türk pomidorunun ölkə bazarına idxalını mümkün hesab edir. Bununla belə, A. Dvorkoviç qeyd edib ki, Türkiyənin Rusiya kənd təsərrüfatı məhsullarının idxalı prosedurunu çətinləşdirən fəaliyyəti pomidor bazarının açılması qərarına təsir edə bilər: “Türkiyəli həmkarlar indiki mərhələdə bu cür yanaşmaya etiraz etmirlər. Buna baxmayaraq, Türkiyə bazarında bizim kənd təsərrüfatı məhsullarımız, ixracatçılarımız üçün mövcud məhdudiyyətləri nəzərdən keçirəcəyik. Əgər görsək ki, mallarımıza qarşı yanaşma kifayət qədər konstruktiv deyil, o zaman bu, əlbəttə ki, türk pomidorlarının Rusiya bazarına çıxışı üzrə qərarın qəbul edilməsini yaxınlaşdırmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Top