MDB-də əmək haqqı: Rusiyada 549, Ermənistanda 363, Azərbaycanda 313 dollar CƏDVƏL

Son 12 ildə (2005-2016-cı illər) Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada əmək haqqının ən aşağı səviyyədə olduğu Tacikistan qərarlaşıb. "Yeniavaz.com"un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, son 12 ildə Tacikistanda nominal orta aylıq əmək haqqı 4,5 dəfə artaraq 2005-ci ildəki 27 dollar səviyyəsindən 123 dollar səviyyəsinə yüksəlib. Azərbaycanda orta aylıq əmək haqqının məbləği son 12 ildə 2,4 dəfə artaraq 131 dollardan 313 dollara yüksəlib. Ən az artım Ukraynada qeydə alınıb. Ukraynada nominal orta aylıq əmək haqqı 2005-2016-cı illər ərzində cəmi 29,3% artıb. Belə ki, 12 il əvvəl Ukraynada 157 dollar səviyyəsində olan orta aylıq əmək haqqı bu ilin əvvəlinə 203 dollara çatıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, son 12 il ərzində nominal orta aylıq əmək haqqı Belarusda 67,9% artaraq 114 dollardan 363 dollara, Qırğızıstanda 3,3 dəfə artaraq 64 dollardan 212 dollara, Rusiyada isə 81,2% artaraq 303 dollardan 549 dollara, Qazaxıstanda 63,2% artaraq 256 dollardan 418 dollara, Moldovada isə 2,4 dəfə artaraq 105 dollardan 251 dollara yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top