Əfqanıstanda polis idarəsinə hücum: 41 ölü, 160 yaralı

Əfqanıstanın şərqində yerləşən Qardez şəhərində polis idarəsinə hücum nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb, 160-dan çox adam yaralanıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın Daxili İşlər Nazirliyindən deyiblər. Ölənlərdən və yaralananlardan müvafiq olaraq 21-i və 48-i polis əməkdaşıdır. Qardez şəhərin dinc sakinlərindən 20-si həlak olub, 110-u usə yaralanıb.

Qeyd edək ki, bu gün polis idarəsinin yaxınlığında partlayış törədilib, bundan sonra silahlılarla və təhlükəsizlik qüvvələri arasında atışma olub, hazırda beş silahlı məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top