“Forbes” ABŞ prezidenti Donald Trampın sərvətinin 600 milyon dollar azalaraq, 3,1 milyard dollara düşdüyünü açıqlayıb. Tramp bu il 156-cı sıradan 248-ci sıraya geriləyib. Hesabata görə, Nyu-York daşınmaz əmlak bazarının zəifləməsi ABŞ prezidentinin sərvətinin azalmasına gətirib-çıxarıb. “Forbes”in siyahısında “Microsoft” şirkətinin qurucusu Bill Qeyts 89 milyard dollarlıq sərvəti ilə birinci yerdə qərarlaşıb. Bill Qeyts 24-cü dəfə siyahının birincisi olub. “Amazon”un direktoru Jeff Bezos 81.5 milyon dollar sərvəti ilə ikinci sırada yer alıb. “Forbes”ə görə, milyarderlərin ümumi sərvəti 2,4 trilyon dollardan 2,7 trilyon dollara yüksəlib.Oxu.az
L.Ə.