“Peşmərgə” daha iki rayondan çəkildi

İraq mərkəzi hökumətinin təhlükəsizlik qüvvələri daha əvvəl “Peşmərgə”nin nəzarətindəki Mosulun Sincar rayon mərkəzinə girərək nəzarəti tamamilə ələ keçirib. “Yeniavaz.com”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Peşmərgə” qüvvələrinin komandirlərindən biri Qasım Şeşo bildirib ki, səhər saatlarında İraq ordusu, federal polisi və “Haşdi Şabi” dəstələrindən ibarət müştərək qüvvələr Sincar rayon mərkəzinə girib. Onun sözlərinə görə, Sincarda heç bir toqquşma baş verməyib: “Çünki bərabər olmayan hərbi güc qarşısında qaldıq. İranlı hərbi müşavirlər də təhlükəsizlik qüvvələrinin sıralarında idilər. Bütün dövlət binalarını boşaldıb geri çəkildik”. Sincarda Kürdüstan Demokratik Partiyasının peşmərgə qüvvələri yerləşirdi. Bundan başqa, İraq təhlükəsizlik qüvvələri Mahmur rayon mərkəzinə girib. “Haşdi Şabi”nin Mahmura girməsindən narahat olan bəzi kürd ailələr təxminən 60 kilometr aralıda yerləşən Ərbilə doğru yola çıxmağa başlayıblar. Ərbilin cənub-qərbində yerləşən Mahmur rayonu 2003-cü ildən “Peşmərgə” qüvvələrinin nəzarətində olub.

DİGƏR XƏBƏRLƏR

Top