İspaniyada daha bir qırıcı təyyarə qəzaya uğradı

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcı təyyarəsi Torrexon de Ardos aviabazasında (Madrid vilayəti) qəzaya uğrayıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza havaya qalxarkən baş verib, pilot həlak olub. Hadisəni səbəbi barədə məlumat verilmir. Qeyd edək ki, bu, son bir neçə gündə İspaniyada qəzaya uğramış ikinci qırıcıdır. Oktyabrın 12-də “Eurofighter” qırıcısının Lyanos aviabazasında qəzaya uğraması nəticəsində pilot həlak olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top