“Forbes” Avropanın ən yüksək ödənişli məşhurlarını açıqladı

“Forbes” jurnalının versiyasına əsasən, britaniyalı yazıçı Coan Roulinq Avropanın ən yüksək ödənişli məşhurudur.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Harri Potter haqqında kitabın müəllifi son 12 ayda 95 milyon dollardan çox vəsait (vergi tutmaları və komissiya haqlarına qədər) qazanıb. Avropada gəlirlərin səviyyəsi üzrə ikinci məşhur “Real” Madridin futbolçusu Kriştiano Ronaldodur. Portuqaliyalı hücumçu son il ərzində İspaniya klubu ilə yeni saziş, eləcə də çoxsaylı reklam müqavilələri sayəsində 93 milyon dollar qazanıb. İlk üçüyü isə il ərzində 88 milyon dollar gəlir əldə etmiş Britaniyanın “Coldplay” qrupu tamamlayır. Son 12 ayda Avropanın 20 ən yüksək ödənişli məşhuru ümumilikdə 1,06 milyard dollar qazanıb. Onların 12-si Böyük Britaniyanı təmsil edir.

DİGƏR XƏBƏRLƏR

Top