Sərkiysanı Cenevrəyə aparan və apartdıran səbəb...

"Bu gün Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir. Serj Sərkisyanın və ardından da digər Ermənistan rəsmlərinin Cenevrədəki danışıqlardan böyük gözləntilərinin olmadığını bildirmələri artıq çox şeydən xəbər verir". "Yeniavaz.com" xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev bildirib.

"İlk növbədə ondan xəbər verir ki, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz.

Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri keçən ilin iyununda Peterburqda məhz Rusiyanın moderatoluğu altında keçirilmişdi. Əgər Rusiya doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində prezident Putin Qarabağ məsələsiylə bağlı tərəflərlə ya ayır-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi.

Belə bir görüş olmadısa və üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, Serj Sərkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını deməyib də nə deyəcəkdilər ki.

Hay hərbi xuntasının həmən açıqlamasının diplomatik dildən tərcüməsi o deməkdir ki, ipimizi əllərində saxlayanlar neytral yer sayılan Cenevrədə aparılan danışıqlara elə də isti yanaşmırlar. Məsələ burasındadır ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər. Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox. Əksinə, biz həmən qurumu yönəldən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standart iyi verən yanaşması ilə üzləşdik.

Elə buradan da görünür ki, Sərkiysanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır.

Dövlət başçımızın işğaı altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağımız, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və hay havadarlarıyla himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar (burda, sadəcə, keçirilən təlimlər və müdafiə naziri Zakir Həsənovun son bir aydakı səfərlərinı xatırlatmaq yetər) da görüldüyünü bilməsəydilər, Sərkisyan Cenevrəyə göndərilməyəcəkdi.

Bəli, Sərkisyan bu görüşə getmir, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçımız cənab İlham Əliyev bir stol arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq verir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni bizim qələbəmizdən məmnunuluq duymasalar da, yaranmış reallığı çar-naçar həzm etsinlər, necəki ötən il həzm etmişdilər".

DİGƏR XƏBƏRLƏR

Top