ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi açıqlandı


"2017-ci ilin 8 ayı ərzində Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 7% artaraq, 416 milyon dollara çatıb". Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan - ABŞ biznes forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr 25 illik tarixə malikdir: "Bu əlaqələr müxtəlif istiqamətlərdə hər zaman dinamik inkişaf edib. Həm enerji, həm də iqtisadiyyatın digər sahələri çərçivəsində mühüm əməkdaşlıq mövcuddur. İnvestisiya əməkdaşlığımız geniş spektrə malikdir. Bu gün ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 13 mlrd. dollara yaxınlaşır. Azərbaycanın da ABŞ-a əhəmiyyətli investisiyaları mövcuddur. Xüsusilə, Azərbaycan Dövlət Neft Fondunun investisiyalarını vurğulamaq lazımdır".

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir: "Bu gün dünyada Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Bu istiqamətdə potensialımızı genişləndirə biləcəyik və amerikalı tərəfdaşlarımızı bu işə dəvət edirik". Azərbaycan - ABŞ biznes forumunda sənaye, kənd təsərrüfatı, turizm, logistika və digər sahələrdən olan 150-dən artıq sahibkar iştirak edib.Apa

DİGƏR XƏBƏRLƏR

Top