Banqladeşdə rohinca qaçqınlarını daşıyan GƏMİ BATIB, UŞAQLAR ÖLÜB

Myanmadan olan 12 rohinca qaçqını onları Banqladeşə aparan gəminin batması nəticəsində həlak olub.

Bu barədə Banqladeşin sahil mühafizəsinin nümayəndəsi Zəfər İmam bildirib.

Onun sözlərinə görə, hadisə bazar ertəsinə keçən gecə Banqladeş və Myanma arasında sərhəd rolunu oynayan Naf çayında baş verib. Qayıq çayın mənsəbinə yaxın yerdə batıb. Hadisə zamanı göyərtədə 50-60 nəfər olub.

Bu ana qədər 12 nəfərin, o cümlədən 6 uşaq və 4 qadının meyiti tapılıb. Təqribən 15 nəfər xilas edilib, 25-30 nəfərin taleyi məlum deyil. Report

DİGƏR XƏBƏRLƏR

Top