Bayram Səfərov: “Aprel döyüşləri təkrarlanmalıdır”

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşü keçiriləcək. Görüşdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov açıqlamasında Ermənistan tərəfindən müsbət addım gözləmədiyini bildirib: “Bizim torpaqlarımız işğal altındadır. Bu baxımdan bütün vətəndaşlarımızın, xalqımızın, ölkəmizi sevənlərin arzusu bizim doğma torpaqlarımıza qayıtmağımızdır. Biz bunun üçün müəyyən addımlar atırıq və atmalıyıq. Cənab prezident İlham Əliyevin də əsas istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidir.
Lakin ermənilər hər zaman danışıqlardan uzaqlaşır və ya müəyyən bəhanələr irəli sürürlər. O cümlədən ermənipərəstlər də onlara dəstək olur və mütəmadi olaraq bu istiqamətdə çətinliklər yaradırlar. Bu səbəbdən Ermənistan tərəfindən müsbət addım gözləmirəm”.

B.Səfərov qeyd edib ki, Ermənistan demokratik dövlət deyil və müstəqil qərar verə bilmir: “Bütün bunlara baxmayaraq, cənab prezidentimizin həyata keçirdiyi siyasət bizdə torpaqlarımızın qaytarılması ilə bağlı ümid yaradır. Prezidentlərin görüşündə Ermənistan tərəfi əsaslı rol oynamır. Çünki onun havadarları, sahibləri var. Ermənistan onu müdafiə edən ölkələrin sözü ilə oturub-durur. Onlar müstəqil fikirli, demokratik dövlət deyil. Bu səbəbdən aprel döyüşləri təkrarlanmalıdır ki, onlar başa düşsünlər”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top