ABŞ "Green Card" üçün müraciətləri dayandırıb

ABŞ “Green Card” viza lotereyası üçün müraciətləri dayandırıb. “Korrespondent.net”in xəbərinə görə, proqramın başlamasından qısa müddət sonra texniki problemlər yaranıb. ABŞ-ın Ekvadordakı səfirliyinin rəsmi saytında bildirilib ki, texniki problemlərdən dolayı lotereya üçün onlayn qeydiyyat dayandırılıb və nəticədə oktyabrın 3-dən təqdim edilən bütün ərizələr ləğv olunub. Buna görə, həmin şəxslər yenidən müraciət etməlidir. 2019-cu il viza lotereyası üçün yenidən müraciət tarixi 2017-ci il oktyabrın 18-də saat 11:00-dan başlayacaq və noyabrın 22-si saat 11:00-a kimi davam edəcək.Apa

DİGƏR XƏBƏRLƏR

Top