Aprel şəhidinin ölümündən öncəki son görüntüsü VİDEO

Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı 24 yaşı olacaqdı. Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələri sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov ötən ilin aprel ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında şəxsi igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.
Qəhrəman şəhidlərimizin pak ruhunu hörmətlə anır, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.xeberle.com

aprel

DİGƏR XƏBƏRLƏR

Top