Bakıda 110 min manata mənzil alan şəxsin evi başqasına satılıb

Bakıda 110 min manata mənzil alan şəxsin evi başqasına satılıb.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Vüqar Həsənov polisə ərizə ilə müraciət edərək 2014-cü ildə "Yüksəliş” MTK-nın Xətai rayon ərazisində inşa etdiyi binadan 110 min manata ev aldığını bildirib. Bir neçə gün əvvəl evinə baş çəkməyə gedən V. Həsənov mənzildə başqa adamların yaşadığını görüb. Həmin şəxslər evi şirkətdən aldığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top