Keniyada şagird məktəbdə qətliam törətdi: ölən və yaralananlar var

Bu gün səhər saatlarında silahlı şəxslər Keniyanın Lokiçocio şəhərindəki orta məktəbə soxularaq beş şagirdi və mühafizəçini güllələyiblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücumu həmin məktəbin şagirdlərindən biri ilə birlikdə naməlum şəxslər törədiblər. Silahlı hücumda iştirak etmiş şagird daha əvvəl nizam-intizamı pozduğuna görə məktəbdən uzaqlaşdırılmışdı. Hücum edənlər konkret şagirdlərə atəş açıblar, sonra isə qızlar yataqxanasına gedərək daha bir neçə nəfəri yaralayıblar.

DİGƏR XƏBƏRLƏR

Top