Gəncə sakinini öldürən şəxs saxlanıldı


Gəncədə qətl törədən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə ilə bağlı verilən məlumatda deyilir ki, oktyabrın 12-də saat 2:00 radələrində şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Nurlan Rzayev tutulub.

DİGƏR XƏBƏRLƏR

Top