
ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.Apa
Tətbiqimizi yükləyə bilərsiniz