Merkel: Türkiyənin Aİ-yə üzvlüynə dair danışıqlar dayandırılmayacaq

Avropa İttifaqının (Aİ) Brüsseldə keçiriləcək qarşıdakı sammitində Türkiyənin təşkilata üzv olması haqqında danışıqların dayandırılmasına dair qərar qəbul edilməyəcək.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Angela Merkel deyib. O bildirib: “Mən demişdim ki, biz Türkiyə ilə bağlı vəziyyəti müzakirə etmək istəyirik, buna görə də Avropa Komissiyasından məruzə hazırlamağı xahiş etdik, əlbəttə ki, biz indi hər hansısa qərar qəbul etməyəcəyik. Lakin mən həmkarlarımın bu məsələdən hansı nəticələr çıxara biləcəyimiz barədə fikirlərini öyrənmək istərdim”.

Qeyd edək ki, Aİ-nin sammiti oktyabrın 19-20-də Brüsseldə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top