“Facebook” vasitəsilə yemək sifariş etmək mümkün olacaq

Amerikalılar "Facebook” sosial şəbəkəsi vasitəsilə artıq yemək sifariş edə biləcəklər. İstifadəçilər restoranları sosial şəbəkədən görə biləcək və dostlarının həmin restoranlar haqqında yazdıqları şərhləri oxuya biləcəklər. "Facebook”-un yaydığı məlumata görə, istifadəçilər "evə gətir” və ya "restorandan al” işarələri ilə seçim edərək sifarişlərini verə biləcəklər. "Facebook”-un bu yeni xidməti sayəsində istifadəçilərin daha çox restoran seçmə şansları olacaq. Eyni zamanda, ekspertlər qeyd ediblər ki, bu xidmət sayəsində istifadəçilər saytda uzun müddət qalacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top