Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində - Salyan rayonunun Xıdırlı kəndi ərazisində - Gürcüstan vətəndaşının idarə etdiyi TIR yoldan çıxaraq aşıb.
"Yeniavaz.com"un Virtualaz.org-a istinadən məlumatına görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş yeddi ədəd BMW markalı minik avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.