ABŞ İslam İnqilabı Keşikçləri Korpusuna sanksiyalar tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp regionda terrorçuluğu dəstəklədiyinə görə İran İslam İnqilabı Keşikçləri Korpusuna (İİKK) qarşı sanksiyalar tətbiq etmək üçün Maliyyə Nazirliyinə göstəriş verəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. Onun sözlərinə görə, bu, fiziki şəxslərə və ola bilsin İİKK-yə tam və ya qismən mənsub olan təşkilatlara qarşı qarşı fərdi sanksiyalar olacaq. R. Tillerson qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı avropalı tərəfdaşlarla müzakirələr aparır ki, onlar da bu sanksiyalara qoşulsunlar.

DİGƏR XƏBƏRLƏR

Top