Rusiyanın buraxdığı yeni pulda ciddi səhv aşkarlanıb

Rusiyda tədavülə yeni buraxılan 2000 rubl dəyərində əskinaslar böyük müzakirələrə gətirib çıxarıb. “Yeniavaz.com”un “Zvezda” telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb əskinasın böyüdülmüş təsvirində aşkara çıxan səhv olub. Belə ki, 2000 rubl dəyərində olan banknotlarda Vladivostik və Şərq kosmodromu təsvir olunub, eləcə də Uzaq Şərqin xəritəsinin konturları çəkilib. Lakin əskinasın böyüdülmüş təsvirində görünür ki, Saxalin adasının şimalında materikə quru yol keçidi mövcuddur. Bildirilir ki, Saxalin və materikin birləşməsini göstərən ağ konturlar hardasa qismən yox olur, lakin onların yerində quru ərazi qalır. Beləliklə də əskinasda ada yarımadaya çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top