İşsizlərə verilən müavinətin məbləği açıqlandı

Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 71,6 min nəfər olub, onlardan 4 milyon 821,2 min nəfərini məşğul əhali təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub, onların 37,2 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 258,5 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top