“Maşa və Ayı” cizgi filminin yeni seriyası göstərilib

Rusiyanın “Maşa və Medved” (“Maşa və Ayı”) cizgi filminin üçüncü mövsümünün 67-cı seriyasının premyerası baş tutub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, populyar cizgi filminin növbəti seriyası layihənin “Youtube” video-servisindəki kanalında yayımlanıb. İlk üç saat ərzində “Maşa və Ayı”nın “Sirk, da i tolko” adlı seriyasına 35 mindən çox tamaşaçı baxıb. Xatırladaq ki, “Animakkord” studiyasının istehsalı olan “Maşa və Ayı” cizgi filmi ilk dəfə olaraq 2009-cu ildə işıq üzü görüb.

DİGƏR XƏBƏRLƏR

Top