Betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı - Bakıda

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır. Qəza yerinə polis əməkdaşları cəlb olunub.Apa

DİGƏR XƏBƏRLƏR

Top