“Pas iynəsi” barədə təmiz söhbət

Aqil insanlardan biri yarı zarafat, yarı ciddi deyib ki, planetimiz ona görə kürə şəkilindədir ki, bizi qarşıdan nə gözləyir, onu görə bilməyək...

Bu günlərdə iş yoldaşımın başına bir hadisə gəlib. Ondan təzə ayrılmışdım ki, mənə zəng etdi: “Yıxılmışam, deyəsən, barmağımı sındırmışam”. Şühbhəsiz, onun köməyinə tələsdim. Bəs Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Xidmət Şöbəsində həmkarıma necə xidmət göstərdilər? Bu sualın cavabı başqa bir yazının mövzusudur. Nə isə. Həkim lazımi tibbi prosedrları yerinə yetirdikdən sonra resept yazdı. Elə ilk aptekdə satıcı bizə qəti şəkildə bildirdi ki, “pas iynəsi axtarmayın, apteklərdə yoxdur, Mərkəzi Xəstəxanaya da getməyin. Bu qıtlığın səbəbi isə 30 qəpiklik pas iynəsinin qiymətini qaldırmaqdır”.

Elə bu məqamdaca xeyrixah insan qulağımıza pıçıldadı ki, "təcili yardıma gedin, orada onun alverini edən var, amma xoş dillə danışın”.

Həqiqətən, Təcili Tibbi Xidmət Şöbəsində “xoş dillə” danışdıq, axtardığımızı da tapdıq. Biz bu yazıda ad çəkmədik. Təkcə onu deyək ki, bu hadisə oktyabrın 12-də günorta saatlarında baş verib. Xəstənin adı, soyadı və göstərilən yardım Təcili Tibbi Xidmət Şöbəsinin, həm də rentgen kabinetinin “iş dəftərində” qeyd olunub, yəni söhbətimizə şübhə ilə yanaşanlar tanış ola bilər.

Bizi təkcə bir məsələ narahat edir. İndiki dövrdə Ağdaşda pas iynəsi və ya əvəzedicisinin tapılmaması və ya belə çətinliklə tapılması, xəstəyə vurulmaması daha böyük fəsadlara yol aça bilər. Bəs bunun cavabını kim verəcək?

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top