Bitkoinin məzənnəsi oktyabrın 13-də yeni rekord müəyyənləşdirib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, kriptovalyutanın dəyəri 5856,1 dollaradək yüksəlib. Sentyabrın əvvəlində 5000 dollara yaxınlaşan bitkoinin dəyəri ötən ayın ortalarında Çində kriptovalyuta bazarının tənzimlənməsinin sərtləşdirilməsi fonundan 3000 dollardan aşağı enmişdi.