Çin terrorçuluqla mübarizə üçün yeni lazer silahı düzəldib

Çin terrorçuluqla mübarizə aparmaq üçün yeni lazer silahı düzəldib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeni silah 200 metrədək məsafədə olan hədəfləri vurmaq qabiliyyətindədir. “Hongfeng” şirkəti Çinin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) ilə birlikdə Hubey vilayətində antiterror təlimləri zamanı ən yeni lazer silahını nümayiş etditib. Təlimlərin keçirilmə tarixi göstərilmir. Silah dəstinə optik nişangah, daşına bilən təchizat mənbəyi, məsafədən idarəetmə cihazı və lazer saçan daxildir. Yeni silahın düzəldilməsində iştirak edən mühəndis Yan Açje bildirib ki, digər silah növləri ilə müqayisədə yeni lazer silahı hədəfləri dəqiq və tez vurur, o, səssizdir və atəş zamanı işartı olmur.

DİGƏR XƏBƏRLƏR

Top