Rusiya yeni ixrac məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar Türkiyədən izahat istəyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksey Qruzdev deyib. O bildirib ki, Türkiyə tərəfi sənədlərin bir hissəsini artıq təqdim edib, onların təhlilli aparılır: “Onların (Rusiyanın Türkiyəkədəki ticarət nümayəndəliyi) hamısı istəyiblər. Biz yaxın günlərdə izahat alacağıq. Müəyyən sənədləri almışıq, hazırda onları təhlil edirik. Türkiyə tərəfi öyrənilməsi üçün artıq reqlament verib”. Rusiya cavab tədbirləri görə bilərmi sualına cavab olaraq A. Qruzdev qeyd edib ki, hər şeydən əvvəl təhlil aparılmalıdır ki, bu nə ilə bağlıdır, həmin məhdudiyyətlər ümumi vəziyyətə nə qədər uyğun gəlir.
Xatırladaq ki. Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsulları üçün yeni məhdudiyyətlər tətbiq edib. Buna əsasən, Rusiyadan kənd təsərrüfatı məhsulları idxal edilərkən gömrük xidmətlərində göstərilmiş hesab-fakturalar mütləq təsdiq edilməlidir. Məhdudiyyətlər buğda, rafinə olunmamış günəbaxan yağı, qarğıdalı, quru noxud, təmizlənməmiş düyü, jmıx, günəbaxan toxumları, bərk buğdaya şamil ediləcək.