Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2080 nəfər Azərbaycana gələn, 1202 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin ilk 8 ayı ərzində miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.