“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, oktyabrın 13-14-də temperatur bu günlərlə müqayisədə 2-3 dərəcə artacaq: “Əvvəlcədən xəbər verildiyi kimi, müşahidə olunan hava şəraiti 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində sabit və yağmursuz hava şəraiti müşahidə olunacaq”.Report