Suriyada terror aktı nəticəsində 50 dinc sakin ölüb

Suriyanın şimal-şərqində İŞİD terror təşkilatı tərəfindən törədilmiş terror aktı nəticəsində 50 dinc sakin ölüb, onlarla insan yaralanıb. “Reuters” xəbər verir ki, insident Hasaka əyalətində yerləşən Əbu-Fas yaşayış məntəqəsi yaxınlığında baş verib. Üç kamikadze minalanmış avtomobilləri dinc insanların üzərinə sürüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqlar var.Report

DİGƏR XƏBƏRLƏR

Top